Bu ilin yanvar-iyun aylarında Azərbaycan 819,7 min ABŞ dolları dəyərində 965,4 ton xiyar və kornişon (təzə və ya soyudulmuş) ixrac edib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumat yayıb.
Bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 7 % azdır.
Azərbaycan Rusiyaya 751,2 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 16 % az) 871,8 ton (-15 %) və Gürcüstana 68,5 min ABŞ dolları dəyərində (+7 dəfə) 93,6 ton (+8 dəfə) məhsul satıb.
Hesabat dövründə Azərbaycana xarici ölkələrdən 1,7 milyon ABŞ dolları dəyərində (+40 %) 3 min 9 ton (+39,8 %) xiyar gətirilib.
Azərbaycan İrandan 1,65 milyon ABŞ dolları dəyərində (+39,6 %) 3 min 4 ton (+39,7 %) və Türkiyədən 2,7 min ABŞ dolları dəyərində 5 ton məhsul alıb.
Azərbaycan 2 il 2 aylıq fasilənin ardından Türkiyədən xiyar tədarükünü bərpa edib.
