Bu ilin yanvar-iyul aylarında Azərbaycanda külək elektrik stansiyalarında 606,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, 2025-ci ilin 7 ayı ilə müqayisədə 22 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanda 15 milyard 172 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk 7 ayı ilə müqayisədə 3 % azdır. Bunun 14 milyard 734,9 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 2,5 % azdır.
Bunun 2 milyard 195,7 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində 5,6 % artıb), 11 milyard 441,5 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (- 8,7 %), 141 milyon kVt/saat biokütlə və tullantıların yandırılmasından alınan elektrik enerjisi (+6,7 %) istehsalının payına düşür.
Hesabat dövründə günəş elektrik stansiyalarında 350 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 5 % çoxdur.
