Bu istiqamətdə əlavə qatar reysləri TƏYİN EDİLİB

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün avqustun 19-u və 21-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

Bu barədə “Az.shafaqna.com“a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.

Qeyd edilib ki, sərnişinlər biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.

Bu məqaləni paylaş