Bir çox ərəb muzdlu hökmdarları sionist İsrail rejiminə xidmət edir.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yəmənin “Ənsarullah” hərəkatının (husilər) lideri Seyid Əbdül Malik əl-Husi bəyan edib.
“İslam ümmətini hədəf alan düşmənlər “Yaxın Şərqin dəyişdirilməsi” və “Böyük İsrailin yaradılması” şüarları altında öz planlarını həyata keçirməyə, ilahi dəyərlərə hücum etməyə çalışırlar. Hazırda düşmənlər İslam ümmətinə qarşı əvvəlkindən daha aqressiv, sərt və “yumşaq” müharibə (mədəni, informasiya, psixoloji müharibə) aparırlar və bir çox rejim sionizmə xidmət yolunu tutub”, – deyə Əl-Husi vurğulayıb.
“Ənsarullah” lideri əlavə edib ki, “ABŞ və sionist rejimin İran İslam Respublikasına, Livana, Fələstinə və regionun digər ölkələrinə qarşı təcavüzü onların sionist planın həyata keçirilməsinə maneə hesab etdikləri amilləri aradan qaldırmaq məqsədi daşıyır. Amerika bu regiona dünyanın digər tərəfindən gəlmiş, ümmətin xalqlarını işğal etmək, öldürmək, qarət etmək, onları azadlıqdan məhrum etmək və üzərində hökmranlıq qurmaq istəyən tamahkar bir düşməndir”.
O bildirib ki, Yəmənin İsrailə atdığı raketlər və PUA-lara Səudiyyənin hava məkanına daxil olmasa da, yenə də ər-Riyad həmin raket və PUA-ların qarşısını almağa çalışır.
