İmran Xandan xəbər var: O…

Hazırda həbsdə olan Pakistanın keçmiş baş naziri İmran Xan xəstaxanaya yerləşdiriləcək.

Az.shafaqna.com xəbər verir ki, müvafiq qərar Pakistan Ali Məhkəməsi tərəfindən çıxarılıb.

Belə ki, İmran Xan səhhəti ilə bağlı problemlərə görə həbsxanadan xəstəxanaya köçürələcək.

Xatırladaq ki, 2022-ci ildə o, tutduğu vəzifədən kənarlaşdırılıb, 2023-cü ildə isə həbs edilib. Xan və onun tərəfdarları ona qarşı irəli sürülən ittihamları təkzib edir, həbsinin siyasi sifarişli olduğunu qeyd edir.

Bu məqaləni paylaş