Qızıl və gümüş fyuçerlərinin bugünkü qiymətləri

Az.shafaqna.com xəbər verir ki, əmtəə bazarlarında qızılın fyuçers qiymətlərində azalma qeydə alınıb.

Birja məlumatlarına əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,56% geriləyərək 4 448,5 ABŞ dollarına düşüb.

Gümüşün qiymətində də eniş müşahidə olunub. Belə ki, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin dəyəri 1,35% azalaraq 65,34 dollar təşkil edib.

Bu məqaləni paylaş