Bu ilin yanvar-iyul aylarında Azərbaycanda taksi xidmətlərindən 50 107,1 min sərnişin istifadə edib.
“Az.shafaqna.com” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə taksi ilə daşınan sərnişinlərin sayı 6,3% artıb.
Eyni zamanda, hesabat dövründə avtobuslarla daşınan sərnişinlərin sayı 1 102 698,9 min təşkil edib, bu da illik müqayisədə 9,7% artım deməkdir.
Bu məqaləni paylaş
