Polşa hökuməti mümkün müharibəyə hazırlıq gördüyünü, eyni zamanda belə bir ssenarinin reallaşmayacağına ümid etdiyini açıqlayıb.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Tsezari Tomçik danışıb.
O bildirib ki, ölkə hərbi potensialını gücləndirir, həmçinin enerji infrastrukturuna yönələ biləcək hücumlara qarşı qabaqlayıcı tədbirlər həyata keçirir. Tomçik qeyd edib ki, görülən işlər çərçivəsində pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi üçün SAN sistemi də tətbiq olunur.
Bu məqaləni paylaş
