Serbiyada Dunay çayının su səviyyəsində antirekord

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100-150 ilin ən aşağı göstəricisinə enib.

Az.shafaqna.com xəbər verir ki, bunu Serbiyanın daxili işlər naziri və baş nazirin müavini İvitsa Daçiç açıqlayıb.

Nazirin sözlərinə görə, ölkə tarixində nadir hallarda müşahidə olunan vəziyyət yaranıb. Çayda suyun kəskin azalması meşə yanğınlarının söndürülməsini də çətinləşdirir.

Daçiç hazırda Serbiyada 32 meşə yanğınının aktiv olaraq davam etdiyini bildirib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş