İndoneziyada zəlzələ qurbanlarının sayı

İndoneziyada baş verən zəlzələ qurbanlarının sayı artıb.

Az.shafaqna.com xəbər verir ki, yeraltı təkanlar nəticəsində 51 nəfər həyatını itirib, 113 nəfər isə yaralanıb.

Həmçinin 5 min nəfər təxliyə edilib.

İtkin düşənlərin say isə hələ dəqiq bilinmir.

Xatırladaq ki, ötən gün ölkənin Şərqi Nusa-Tenqara əyalətində 7,7 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakət 1,3 mindən çox evə zərər vurub.

Bu məqaləni paylaş