Afrikada gölzə faciə: Onlarla şəxs həyatını itirdi

Kariba gölündə baş verən qayıq qəzasında ölənlərin sayı 80 nəfərə yüksəlib.

“Az.shafaqna.com” xəbər verir ki, bu barədə Zimbabve Milli Polis Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 11-də baş verən qəza ilə bağlı daha 8 nəfərin meyitinin tapılması nəticəsində ölənlərin sayı 80-ə çatıb.

Bundan əvvəl 72 nəfərin cəsədinin aşkarlandığı bildirilmişdi. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Əməliyyata peşəkar xilasedicilərlə yanaşı, yerli dənizçilər də cəlb olunub.

Qeyd edək ki, avqustun 11-də Zimbabvedəki Kariba gölündə 90 sərnişin üçün nəzərdə tutulan bərə təxminən 160 nəfərin olduğu vaxt aşıb. İlkin məlumata görə, qəzanın əsas səbəbləri gəminin həddindən artıq yüklənməsi və güclü külək olub.

Bu məqaləni paylaş