Suriyada istilik enerjisi stansiyasında partlayış

Suriyanın Banias şəhərində yerləşən istilik elektrik stansiyasında partlayış baş verib.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər həyatını itirib.

Bildirilib ki, partlayış səhər saatlarında stansiyada təmir işləri aparılan zaman baş verib. Ölənlərin elektrik enerjisi şirkətinin əməkdaşları olduğu qeyd edilib.

Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

HƏMÇİNİN OXU: İSRAİL SURİYANI BOMBALAYIB

Bu məqaləni paylaş