Çinli həkimlər istehsalat qəzası zamanı hər iki ayağını itirən 51 yaşlı xəstənin aşağı ətraflarını cərrahi yolla yenidən bərpa etməyə nail olublar.
Az.shafaqna.com xəbər verir ki, bu, bud nahiyəsi səviyyəsində hər iki ayağın uğurlu replantasiyasının dünyada ilk qeydə alınmış halıdır.
Tszyan soyadlı xəstə 2024-cü ilin sonunda zavodda baş verən qəza nəticəsində hər iki ayağını itirib. Unikal əməliyyat Çinin Jiangsu əyalətində yerləşən Suçjou Ruixua Ortopedik Xəstəxanasında keçirilib və təxminən səkkiz saat davam edib.
Əməliyyat zamanı xəstəyə sümük transplantasiyası aparılıb, bud sümükləri isə xüsusi fiksasiya lövhələri vasitəsilə sabitlənib.
Cərrahi müdaxilədən bir ildən çox vaxt keçdikdən sonra xəstə əvvəlcə ayaqlarını hərəkət etdirə, daha sonra isə ayağa qalxaraq xodunokun köməyi ilə yeriyə bilib. Hazırda onun reabilitasiyası davam edir.
