Azərbaycan və Gürcüstan arasında dövlət sərhədində sıxlığın aradan qaldırılması müzakirə edilib.
Bu barədə “Az.shafaqna.com” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaranan sıxlığı ilə əlaqədar olaraq iki ölkənin gömrük xidmətləri rəhbərliyi arasında müzakirələr aparılıb.
Sıxlığın aradan qaldırılması, sərhədkeçmə proseslərinin daha da sürətləndirilməsi üçün müvafiq zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
Bu məqaləni paylaş
