Ötən ay Azərbaycandan Gürcüstana göndərilən pul köçürmələrinin həcmi 3,55 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,99% artıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
İyul ayında Azərbaycandan daxil olan vəsaitlər Gürcüstana ümumi pul köçürmələrinin 1,01%-nə bərabər olub.
Eyni zamanda, Gürcüstandan Azərbaycana 6,98 milyon ABŞ dolları məbləğində pul göndərilib. Bu isə illik müqayisədə 12,4% çoxdur.
Hesabat dövründə ümumilikdə xaricdən Gürcüstana 350,05 milyon dollar pul köçürülüb. Gürcüstandan digər ölkələrə göndərilən vəsaitlərin həcmi isə 39 milyon dollar təşkil edib.
Bu məqaləni paylaş
