Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən son günlər həyata keçirilən tədbirlər çərçivəsində 67 xarici vətəndaş ölkədən çıxarılıb.
Az.shafaqna.com xəbər verir ki, deportasiya edilənlər arasında Türkiyə, Hindistan, Misir, Rusiya, Azərbaycan, Kuba, Ermənistan, Pakistan, Özbəkistan, Belarus, Türkmənistan, Livan, Moldova, Nepal, Nigeriya, Şri-Lanka və Çin vətəndaşları yer alıb.
Nazirlik bildirib ki, deportasiya olunan şəxslərin Gürcüstana yenidən daxil olmasına qanunvericiliyin tələblərinə uyğun olaraq qadağa tətbiq edilib.
Bu məqaləni paylaş
