Az.shafaqna.com xəbər verir ki, ABŞ Senatı Prezident Donald Tramp administrasiyasının Konqresdən əvvəlcədən səlahiyyət almadan İrana qarşı müharibəni davam etdirməsini əngəlləməyi hədəfləyən qanun layihəsini rədd edib.
Reuters agentliyinin verdiyi məlumata görə, demokrat senatorların təqdim etdiyi “Müharibə Səlahiyyətləri Haqqında Qanun” layihəsi administrasiyanın Konqresdən təsdiq alana qədər İrana qarşı müharibə aparmasının qarşısını almağı məqsəd qoyurdu.
Senatdakı səsvermədə 49 senatör qanun layihəsinin əleyhinə, 47 senatör isə lehinə səs verib.
Səsvermə Tramp administrasiyasının İrana qarşı hərbi güc tətbiq etmək səlahiyyəti ilə bağlı Konqres daxilində davam edən müzakirələrin fonunda keçirilib. Demokratlar Konqresə hərbi müdaxiləyə nəzarət etmək səlahiyyəti verən 1973-cü il tarixli “Müharibə Səlahiyyətləri Haqqında Qanun”a əsaslanırlar.
Tramp administrasiyası isə hərbi əməliyyatları həyata keçirmək baxımından malik olduğu səlahiyyətləri müdafiə etməkdə davam edir.
Sözügedən qanun layihəsi İrana qarşı həyata keçiriləcək hər hansı hərbi fəaliyyəti qanunverici organın (Konqresin) təsdiqindən asılı etmək məqsədilə hazırlanan son təşəbbüslərdən biri idi.
