Az.shafaqna.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaydığı 30 nömrəli rəsmi bəyanatda ötən gecə Hörmüz boğazında iki neft tankerində partlayış baş verdiyini bildirib.
Bəyanatda qeyd olunur ki, qaydaları pozan hər iki tanker ABŞ ordusunun təhriki və təzyiqi ilə Hörmüz boğazının cənubundakı təhlükəli və qəzalara açıq marşruta daxil olmağa cəhd edərkən partlayıb və hərəkət qabiliyyətini itirərək dayanıb.
Bölgənin öz ərazisi olduğunu vurğulayan SEPAH, ABŞ ordusunun minlərlə kilometr uzaqdan gələrək regiona müdaxilə etməsinin heç bir hüquqi əsası olmadığını və buna qətiyyətlə qarşı durulacağını bəyan edib. Bəyanatda bildirilib ki, ABŞ-nin bölgədəki fəaliyyəti davam etdiyi müddətcə bu dəniz keçidi kimyəvi gübrə, neft və təbii qaz daşınması üçün təhlükəsiz olmayacaq.
Gəmilərin dəniz minalarına dəyərək partladığı ehtimal olunur.
