Tramp növbəti dəfə fikrini dəyişdi

ABŞ Silahlı Qüvvələrinin gücü sayəsində neft əvvəlkindən daha çox axır.

Az.shafaqna.com-un verdiyi xəbərə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, Hörmüz boğazı İran istisna olmaqla, bütün gəmi trafikinə açıqdır.

“Yaxın Şərqdəki liderlərlə yüksək məhsuldar danışıqlara əsaslanaraq, müxtəlif Körfəz dövlətlərinin ABŞ-yə edəcəyi 20 faizlik ödənişi ticarət və investisiya sazişləri ilə əvəz etmək qərarına gəldim. Bu, böyük investisiyalar olacaq”, – deyə Tramp əlavə edib.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçmək üçün 20 faizlik rüsum alacaqlarını açıqlamışdı.

Bu məqaləni paylaş