Bakının iki küçəsində nəqliyyat hərəkəti məhdudlaşdırılır

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Bakı şəhərinin daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunur.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Səbail rayonu – Bünyad Sərdarov küçəsi, Nəsimi rayonu – Füzuli küçəsində (Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunur.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkətlərini əvvəlcədən planlaşdırmaları və istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib.

Bu məqaləni paylaş