Az.shafaqna.com-un verdiyi xəbərə görə, Yəmən Hava Hücumundan Müdafiə Qüvvələri Səudiyyə Ərəbistanına məxsus “Wing Loong II” pilotsuz uçuş aparatını vurub.
Bu barədə Yəmən ordusunun rəsmisi məlumat verib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, kəşfiyyat məqsədli pilotsuz uçuş aparatı sübh saatlarında Əl-Beyda əyalətinin səması üzərində düşmən tapşırığını yerinə yetirərkən məhv edilib.
Yəhya Səri vurğulayıb ki, Yəmən ordusu ölkənin suverenliyinə və hava məkanına qarşı istənilən pozuntunun qarşısını qətiyyətlə almağa tam hazırdır.
Bu məqaləni paylaş
