Az.shafaqna.com xəbər verir ki, may ayında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına daxil olan vəsaitin həcmi açıqlanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik bülletendə bildirilib.
Məlumata əsasən, cari ilin may ayında sürətli pul köçürmə sistemləri vasitəsilə banklara 189,7 milyon manat həcmində vəsait daxil olub. Bu dövrdə 246,6 min əməliyyat həyata keçirilib.
Ötən ilin may ayı ilə müqayisədə əməliyyatların sayı 53,9 min və ya 17,9 faiz azalıb, daxil olan vəsaitin həcmi isə 32,6 milyon manat və ya 20,7 faiz artıb.
Hesabat dövründə bir köçürmənin orta məbləği 769,2 manat təşkil edib ki, bu da 2025-ci ilin may ayı ilə müqayisədə 246,5 manat və ya 47,2 faiz çoxdur.
Bu məqaləni paylaş
