Qazaxıstanda parlament seçkiləri: 145 mandat uğrunda 545 namizəd mübarizə aparacaq

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) parlament namizədlərinin partiya siyahılarının qeydiyyatı prosesini başa çatdırıb.

Qazaxıstanın MSK-sı xəbər verir ki, qeydiyyatdan keçmiş siyasi partiya siyahılarına 545 namizəd daxil edilib.

Onlar 145 parlament yeri uğrunda mübarizə aparırlar.

Qadınlar, gənclər və sağlamlıq imkanları məhdud olan şəxslər namizədlərin ümumi sayının 43,9 faizini təşkil edib.

Xatırladaq ki, Qazaxıstan Respublikası Kurultay üzvlərinin seçkiləri avqustun 23-nə təyin edilib.

Bu məqaləni paylaş