Az.shafaqna.com-un verdiyi xəbərə görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı vasitəsi ilə 1,745 milyard ABŞ dolları dəyərində 3,538 milyon ton yük daşınıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 232,2 milyon ABŞ dolları və ya 15, 3% çox, həcm ifadəsində isə 9,136 min ton və ya 0,3 % azdır.
Hesabat dövründə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 634 milyon ABŞ dolları dəyərində təqribən 1,343 milyon ton yük ixrac olunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 219,7 milyon ABŞ dolları və ya 53 %, həcm ifadəsində isə 5,6 min ton və ya 0,4 % çoxdur.
Bu ilin yanvar-iyun aylarında Azərbaycana dəmir yolu nəqliyyatı ilə 1,111 milyard ABŞ dolları dəyərində 2,195 milyon ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,5 milyon ABŞ dolları və ya 1,1 % çox, həcm ifadəsində isə 14,8 min ton və ya 0,7 % azdır.
