OPEC-in aylıq hesabatına əsasən, bu ilin iyun ayında Azərbaycanda gündəlik orta hesabla 456 min barel xam neft hasil edilib.
Az.shafaqna.com xəbər verir ki, bu göstərici may ayı ilə müqayisədə dəyişməyib.
Hesabatda qeyd olunur ki, ilin ilk rübündə ölkədə gündəlik orta neft hasilatı 454 min barel, ikinci rübdə isə 457 min barel olub. Beləliklə, ikinci rübdə hasilat əvvəlki rüblə müqayisədə gündəlik 3 min barel artıb.
Məlumata görə, 2025-ci il ərzində Azərbaycanda gündəlik orta xam neft hasilatı 461 min barel təşkil edib. Bu isə 2024-cü ilin göstəricisindən 20 min barel azdır.
Qeyd edək ki, Azərbaycan neft bazarında sabitliyin qorunmasına yönəlmiş “OPEC+” sazişinin iştirakçısıdır. Nazirlərin əldə etdiyi razılaşmaya əsasən, 2026-cı ilin sonunadək Azərbaycanın gündəlik neft hasilatı kvotası 551 min barel müəyyən edilib.
