İran neft ixracını davam etdirir

ABŞ sanksiyalarının bərpasına baxmayaraq, İran neft ixracını davam etdirir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İslam Respublikasının neft naziri Möhsü Paknejad bəyan edib.

“60 günlük icazənin (sanskiyaların dondurulmasının) ləvğinə baxmayaraq, neft ixracı əvvəlki kimi davam etdirilir, heç bir problem baş verməyib”, – deyə o qeyd edib.

İranlı nazir əlavə edib ki, İran sanksiya tədbirlərinin neytrallaşdırılması strukturunu yaradıb və bu qurum öz fəaliyyətini davam etdirir.
Bu məqaləni paylaş