İranda İŞİD terror təşkilatının iki üzvü edam edilib.
Az.shafaqna.com xəbər verir ki, həmin terrorçuların İslam Respublikasına qarşı silahlı və digər dağıdıcı fəaliyyət göstərib.
Qeyd edilib ki, sözügedən İŞİD-çilər barəsində ölüm cəzası məhkəmə prosesləri başa çatdırıldıqdan sonra icra edilib.
Bildirilib ki, onlar İŞİD-in İraq və Suriyada məhv edilməsindən sonra terror şəbəkəsini yenidən formalaşdırmağa cəhd göstəriblər. Belə ki, onlar İranın dağlıq bölgələrinə sızaraq yeni üzvlər cəlb etməyə, onları silahlandırmağa və İran ərazisində terror aktları həyata keçirməyə çalışıblar.
Lakin İran təhlükəsizlik və kəşfiyyat orqanları onları vaxtında müəyyən edərək onların terror planlarının qarşısını uğurlu şəkildə alıblar. Anti-terror əməliyyatı zamanı bir neçə terrorçu məhv edilib, bir neçəsi diri ələ keçirilib. Onların üzərindən çox sayda silah-sursat və digər sənədlər, həmçinin avadanlıqlar aşkar edilərək müsadirə edilib.
