Ukraynada hərbi vəziyyət rejimi uzadıldı

Ukrayna Ali Radası Prezident Volodimir Zelenskinin hərbi vəziyyətin uzadılması ilə bağlı təqdim etdiyi fərmanı təsdiqləyib.

Az.shafaqna.com xəbər verir ki, iyulun 14-də keçirilən plenar iclasda qanun layihəsi deputatların dəstəyi ilə qəbul olunub.

Qərara əsasən, ölkədə hərbi vəziyyətin qüvvədə olma müddəti 2026-cı il avqustun 2-dən oktyabrın 31-dək, yəni daha 90 gün uzadılacaq.

Bu, Rusiya-Ukrayna müharibəsinin başlandığı 24 fevral 2022-ci ildən bəri Ali Radanın hərbi vəziyyəti artıq 20-ci dəfə uzatmasıdır.

Bu məqaləni paylaş