2026-cı ilin iyun ayında Gürcüstandan xarici bazarlara 17,5 min baş diri qoyun göndərilib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, ixracın ümumi dəyəri 2,1 milyon ABŞ dollarına çatıb. Ötən ilin eyni ayı ilə müqayisədə ixrac olunan diri qoyunların sayı 5,5 dəfə, əldə olunan gəlir isə 6,8 dəfə artıb.
Nazirlik bildirib ki, iyun ayında bir baş diri qoyunun orta ixrac qiyməti 120 ABŞ dolları olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur.
Statistikaya görə, Gürcüstandan diri qoyun ixracında əsas alıcı ölkələr Azərbaycan (9,1 min baş), İraq (4,8 min baş), Küveyt (2,4 min baş) və Qətər (1,2 min baş) olub.
Beləliklə, iyun ayında Gürcüstandan ixrac edilən diri qoyunların ən böyük idxalçısı Azərbaycan olub.
