İsrail naziri İtamar Ben-Qvir Qəzza zolağına kütləvi hücumların davam etdirilməsi çağırışı ilə çıxış edib.
Az.shafaqna.com “Financial Times”-ə istinadən xəbər verir ki, o, hər gün bir neçə onlarla günahsız qəzzalının öldürülməli olduğunu deyib.
Ben-Qvir deyib ki, fələstinlilər insan deyillər və buna görə də ölümə layiqdirlər. O əlavə edib ki, İsrail ordusu Qəzza sektorunda hər gecə 30-40 nəfəri öldürməlidir.
Bununla yanaşı, Ben-Qvir Fələstinin digər işğal edilmiş ərazilərində də – İordan çayının Qərb sahilində yəhudi yaşayış məntəqələrinin salınmasının sürətləndirilməsinə çağırıb.
Xatırladaq ki, İsrail ordusu 2023-cü il 7 oktyabrda bəri Qəzza sektorunda törətdiyi soyqırımı və kütləvi qətliamlar zamanı 73 386 günahsız fələstinlini qətlə yetirib, həmçinin 174 256 qəzzalını yaralayıb. Öldürülənlər və xəsarət alanların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir. 10 minə yaxın Qəzza sakini isə itkin düşüb.
HƏMÇİNİN OXU: İsrail Qəzzada 1 076 məscidi dağıdıb
