Kuala-Lumpur İsrail vətəndaşlarına tətbiq etdiyi ölkəyə giriş qadağasını qüvvədə saxlayacaq.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim bəyan edib.
Xatırladaq ki, bir sıra ABŞ-lı rəsmilər bu qərara görə Malayziyaya qarşı çıxış ediblər.
Ənvər İbrahim bldirib ki, bununla bağlı istənilən qədər Kuala-Lumpura qarşı təhdidlərlə çıxış edə bilər, lakin Malayziya öz qərarını geri çəkməyəcək və heç bir İsrail vətəndaşını ölkəyə buraxmayacaq.
“Biz buna (İsrail vətəndaşının gəlişinə) yol verməyəcəyik. <…> Biz İsraili tanımadığımız üçün onlar (ölkədə İsrail vətəndaşları aşkarlandıqda) dərhal deportasiya olunacaqlar”,
O əlavə edib ki, Malayziyanın yürütdüyü bu siyasət Fələstin xalqının hüquqlarını dəstəkləməyə əsaslanır və İsrailin Qəzza sektorunda törətdiyi zülmlər, təcavüzlər və kütləvi qətllərə reaksiyadır.
Xatırladaq ki, 2023-cü il 7 oktyabrdan bəri İsrail Qəzza sektorunda günahsız Fələstin xalqına qarşı hərbi cinayətlər – kütləvi qırğınlar və soyqırımı həyata keçirir. 73 381 dinc qəzzalı qətlə yetirilib, 174 231 nəfər isə yaralanıb, həmçinin 10 minə yaxın Qəzza sakini də itkin düşüb. Qurbanların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.
