Avstraliyanın kiçik Yanq şəhərində yeni məscid açılıb.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, əhalisi cəmi 11 min nəfər olan şəhər sakinlərinin təxminən 4-10 faizini müsəlmanlar təşkil edir.
Yeni məsciddə eyni anda 1 000 nəfərə yaxın müsəlman ibadət edə bilər.
Qeyd edilib ki, yerli məscid təkcə ibadət yeri deyil, həm də icma mərkəzidir. Burada ehtiyacı olanlar üçün pulsuz ərzaq paylanır, müəyyən günlərdə müxtəlif dinlərə mənsub insanlar məscid imamının yanına gələrək onları İslamla bağlı maraqlandıran suallarını verə bilirlər.
Yanqda məscidlə yanaşı, İslam məktəbi də fəaliyyət göstərir.
Əlavə edilib ki, şəhərdəki müsəlmanların sayı isə artmağa davam edir.
Bu məqaləni paylaş
