Donald Tramp Netanyahu ilə görüşəcək

Az.shafaqna.com-un verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp iyulun 28-də Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Bu barədə İsrail Baş nazirin ofisi məlumat yayıb.

“Prezident Trampın dəvəti ilə Baş nazir Benyamin Netanyahu bazar ertəsi günü rəsmi səfər üçün Vaşinqtona yola düşəcək. Səfər çərçivəsində Baş nazir çərşənbə axşamı günü Ağ Evdə Prezident Trampla görüşəcək və senator Lindsi Qrahamın dəfn mərasimində iştirak edəcək”, – deyə açıqlamada bildirilir.

Bu məqaləni paylaş