Pensiyonerlərə 4,5 milyard AZN xərclənib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pensiya ödənişlərinə ötən ilin eyni dövrünə nisbətən 10 % çox – 4 milyard 568 milyon manat vəsait yönəldilib.

“Az.shafaqna.com” bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Xatırladaq ki, bu ildən pensiyalar 9,3 % indeksləşdirilərək artırılıb. Avqustun 1-nə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 % artaraq 595 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 633 manata çatıb.

Yanvar-iyul aylarında 25 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 203 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş