Az.shafaqna.com-un verdiyi xəbərə görə, İranın xarici işlər naziri Abbas Əraqçi Bolqarıstanı ABŞ hərbi təyyarələrinin Bezmer aviabazasında müvəqqəti yerləşdirilməsi ilə bağlı qərarına yenidən baxmağa çağırıb.
Bu barədə İran mediası məlumat yayıb.
Məlumata əsasən, İran XİN başçısı Bolqarıstanın xarici işlər naziri Velislava Petrova-Çamova ilə telefon danışığı zamanı bildirib ki, İrana qarşı əməliyyatları dəstəkləyən hərbi aviasiyanın yerləşdirilməsi üçün ABŞ-yə aviabazanın verilməsi bu əməliyyatlarda iştiraka bərabərdir.
Əraqçi vurğulayıb ki, belə bir addım qəbuledilməzdir və iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinə ziddir.
Bundan başqa, iranlı nazir Kiprin XİN başçısı Konstantinos Kombosla telefon danışığı aparıb. O, İrana qarşı əməliyyatların aparılması üçün Kipr ərazisindəki xarici hərbi bazalardan istifadəyə yol verilməməsinin vacibliyini vurğulayıb.
