Az.shafaqna.com-un verdiyi xəbərə görə, UEFA-ya üzv olan bütün 55 milli futbol assosiasiyası FIFA prezidenti Canni İnfantinonun dünya çempionatı və digər turnirlərin kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planına etiraz olaraq təşkilatın turnirlərini boykot etmək qərarı qəbul edib.
Bu barədə UEFA-nın yaydığı bəyanatda bildirilib.
Məlumata əsasən, UEFA-nın 55 üzvü FIFA-nın dünya çempionatı və digər yarışların mülkiyyət hüquqlarının bir hissəsinin özəl investorlara verilməsi ilə bağlı təklifini yekdilliklə rədd edib.
Bəyanatda qeyd olunub ki, UEFA üzvləri futbolun əsas turnirlərinin idarəetməsi və kommersiya hüquqları üzərində nəzarətin futbol qurumlarında qalmasının vacibliyini vurğulayıb.
Bu məqaləni paylaş
