Bu il təbii və texnogen hadisələr nəticəsində ölənlərin sayı

Bu ilin 6 ayı ərzində respublika ərazisində ümumilikdə 7334 təbii və texnogen mənşəli hadisə qeydə alınıb.

Az.shafaqna.com“un xəbərinə görə, 2025-ci ilin I yarımilliyi ilə müqayisədə 1864 hadisə və ya 20 % azdır.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər həlak olub.

133 nəfər xəsarət alıb ki, bu da 2025-ci ilin I yarımilliyi ilə müqayisədə həlak olanların sayının 8 nəfər və ya 22 % azalması, xəsarət alanların sayının isə 1 nəfər və ya 1 % artması deməkdir.

Hesabat dövründə Nazirliyin xilasediciləri tərəfindən 19 nəfər xilas edilib, 983 nəfər təxliyə olunub.

Bu məqaləni paylaş