DİM xarici dil imtahan modeli üzrə metodiki tövsiyələri müəllim və şagirdlərə təqdim edib

Dövlət İmtahan Mərkəzi (DİM) gələn il üzrə tətbiq olunacaq xarici dil imtahan modeli üzrə metodiki tövsiyələri müəllim və şagirdlərə təqdim edib.

Az.shafaqna.com ” xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, modelə əsasən, ümumi 26 test tapşırığı (25 qapalı +1 yazılı), 1 dinləmə mətni və mətnə aid (3-ü çoxseçimli, 1-i isə doğru və yanlış cavabın seçilməsi tələb olunan) 4 qapalı tipli test tapşırığı, 2 oxu mətni və hər mətnə aid (3-ü çoxseçimli, 1-i isə doğru və yanlış cavabın seçilməsi tələb olunan) 4, ümumi 8 qapalı tipli test tapşırığı, qrammatik-leksik bilikləri yoxlayan 13 qapalı tipli test tapşırığı, verilmiş sual və ya fikir əsasında faktlar və mülahizələr irəli sürərək öz fikirlərini ifadə etməyi tələb edən yazılı tapşırıqlar imtahanda yer alacaq.

Həmçinin DİM-in təşəbbüsü, Elm və Təhsil Nazirliyi, regional təhsil idarələrinin dəstəyi ilə 2026-cı il aprel-iyun aylarında respublikanın paytaxt şəhər və regionlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli və nəzərdə tutulan dəyişikliklər ilə bağlı xarici dil müəllimləri üçün seminarlar keçirilmiş, onlara müvafiq metodiki tövsiyələr verilib.

Həmin seminarlarda təqdim edilən resursları buradan əldə edə bilərsiniz.

Qeyd edək ki, bu təqdimatdan həm müəllimlər, həm də şagirdlər yararlana biləcək.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş