Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstan vətəndaşlarının əksəriyyəti ölkələrinin əsas problemi olaraq iqtisadiyyat və məşğulluğu görürlər.

Buna “Ipsos” beynəlxalq araşdırma şirkətinin keçirdiyi tədqiqatın nəticələri dəlalət edir.

Sorğu iştirakçılarına “Hökumətin həll etməli olduğu ən mühüm məsələ hansıdır” sualına cavab vermək təklif edilib. İştirakçılara bir neçə variant seçməyə icazə verilib.

64% cavab verib ki, bu, məşğulluqdur. Digər cavablar arasında isə iqtisadiyyat (50%), yoxsulluq (47,5%), qiymət artımı (38%), səhiyyə (33,5%), təqaüd (29,5%), larinin dəyər itirməsi (25%) var.

Maraqlıdır ki, sorğu iştirakçılarının təxminən 1/5-i hesab edir ki, məhz hazırda hakimiyyətdə olan partiya – “Gürcü arzusu” bu problemlərin öhdəsindən gələ biləcək.

“Hansı siyasi qüvvə sizin üçün mühüm olan problemləri daha effektiv şəkildə həll edə biləcək” sualının cavabları isə bu cürdür:

– “Gürcü arzusu” – 19%;

– “Vahid Milli Hərəkat” və birləşmiş müxalifət olan “Güc Birlikdədir” – 18%;

– “Avropa Gürcüstanı” – 5%;

– “Lelo” – 2,5%;

– “Gürcüstanın Leyborist Partiyası” – 2%;

– “Aqmaşenebeli strategiyası” – 1,5%;

– “Girçi” – 1,5%;

– “Demokratik Hərəkat – Birləşmiş Gürcüstan” – 1%;

– “Vətəndaş hərəkatı – Aleko Elisaşvili” – 1%.

Həmçinin qeyd etmək lazımdır ki, sorğuya əsasən, sorğu iştirakçılarının yalnız 1%-i hesab edir ki, “Gürcü Arzu”-sunun hakimiyyəti dövründə məşğulluqla bağlı vəziyyəti nəzərəçarpacaq qədər yaxşılaşıb. 53% hesab edir ki, bu sahədəki vəziyyət son 8 ildə “nəzərəçarpacaq qədər pisləşib”.

Adıçəkilən partiyanın dövründə sorğu iştirakçılarının 58%-i qiymət və lari kursu ilə bağlı vəziyyətin ciddi pisləşdiyini hesab edir. 50,5% yoxsulluq, 20% səhiyyə, 23,5% xarici siyasət, 29,5% korrupsiya, 33% isə təhsillə bağlı vəziyyətin pisləşdiyini hesab edir.

Sorğu 10-18 sentyabr tarixlərində keçirilib. Sorğuda 1500 nəfər iştirak edib. Sorğu nəticələrinin xətalılıq dərəcəsi +/-2,5% təşkil edir.