Azərbaycanda koronavirusdan sağalanların sayı 94 faizə yaxınlaşır

43
0

Azərbaycanda koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə  Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 755 nəfər müalicə olunaraq sağalıb, 575 nəfər vəfat edib, aktiv xəstə sayı 1 858 nəfərdir.

Ölkədə son sutka ərzində 6 886, hazırkı dövrədək isə 1 054 792 test aparılıb.

Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 93.79 faizi sağalıb. Yoluxanlardan 4.74 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  39 188 nəfərin 1.47 faizi (575 nəfər) dünyasını  dəyişib.