
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın gələcəkdə Gürcüstana rəsmi səfər edəcək.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib.
“Bu yaxınlarda bizim Xarici İşlər nazirimiz Gürcüstana rəsmi səfər edəcək. Bu, onun Xarici İşlər naziri kimi Gürcüstana ilk səfəri olacaq. İndi səfərin proqramı hazırlanır. Bir çox məsələlər var. Bizi həm tarixi əlaqələr bağlayır, həm ortaq maraqlar. Bu gün Gürcüstan və Azərbaycan arasındakı əlaqələr və inkişaf edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Mən bir daha demək istəyirəm ki, Gürcüstan Hökuməti və Azərbaycan Hökuməti bir-birilə sıx təmasdadır və bu, davam edəcəkdir.”, -deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.





























