
Qazaxıstanda koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı iyulun 5-dən karantin elan olunacaq.
Az.shafaqna.com BBC-yə istinadən xəbər verir ki, məhdudiyyətlər iki həftə ərzində qüvvədə qalacaq. Prezident Qasım-Jomart Tokayev bu müddətin uzadıla biləcəyini istisna etməyib.
Martın 16-dan mayın 11-dək Qazaxıstanda fövqəladə vəziyyət rejimi qüvvədə idi. Son zamanlar epidemiya ilə bağlı vəziyyət pisləşməyə başlayıb.






























