Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası Qivi Çiçinadzeni rəsmi olaraq Samtrediya, Tsxaltubo, Vani və Xonidən majoritar deputatlığa namizəd qismində təqdim edib.

Tədbir Vani şəhərində baş tutub.

Mərasimdə çıxış edən Gürcüstanın Baş nazir Giorqi Qaxariya Vanidə həyata keçirilən müxtəlif reabilitasiya və infrastruktura layihələri barədə danışıb.

O, bəyan edib ki, birgə işin sayəsində sabahkı gün daha yaxşı olacaq.

Qaxariya gənclərin ölkə gələcəyinin inşasındakı rolu barədə də danışıb. Onun sözlərinə görə, hər bir gənc insana, onun yaşayış yerindən asılı olmayaraq, bərabər şəraitlər yaradılmalıdır.

Hər kəsin təhsil, bərabər imkanlar, tibbi və sosial yardım almaq imkanı olmalıdır. Bu, bizim əsas məqsədimizdir”, – deyə o qeyd edib.

Qaxariya deyib ki, “bu məqsədin əldə edilməsi üçün birlikdə qalib gələcəyimizə əminəm”.

Ən əsası, bu, düzgün mübarizədəki qələbə olacaq, bir partiyanın yox, bütün ölkənin qələbəsi olacaq”, – deyə o əlavə edib.