
Az.shafaqna.com “popsport.com” saytına istinadən xəbər verir ki, gürcüstanlı siyasətçi Levan Berdzenişvili Tbilisinin “Lokomotiv” komandasının Moskvanın “Dinamo” komandası üzərindəki qələbəsini “hər şeyə görə” Rusiyadan alınan intiqam adlandırıb.
“Xoşbəxt olduğumuzu gizlətməyəcəyik! Bu, ilhaq, işğal edilmiş əraziləri tanımağa görə bir cür qisasdır. Çünki Rusiya bizim sonuncu istilaçımızdır…”, – deyə o bildirib.
Siyasətçi hesab edir ki, Rusiyanın futbol komandası üzərindəki qələbəyə görə sevinc hələ 70 il birgə bir dövlət yaşamağa və həmin illər ərzində “bizə pis yanaşılmasına” əsəslanıb.
O deyir ki, Gürcüstanı “iki əsr aldadıblar”, Rusiya isə “ən pis qonşudur”.
Xatırladaq ki, “Dinamo” “Lokomotiv”-ə 2:1 hesabı ilə məğlub olaraq Avropa Liqasının 3-cü kvalifikasiya raunduna keçə bilməyib.






























