
Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, Şida-Kartli regionunda yerləşən Ateni dərəsindəki yanğın tamamilə söndürülüb.
Bu barədə Gürcüstan Fövqəladə Vəziyyət İdarəsi Xidmətindən məlumat veriblər.
Yanğın 3 saat ərzində söndürülüb. Yanğın 16 sentyabr axşam saatlarında dağın yamacında başlayıb. Kollar və otlar yanıb.
Mürəkkəb reylefə görə xüsusi texnika əraziyə yaxınlaşa bilmirdi. Yanğınsöndürənlər özləri müvafiq ləvazimatlarla birlikdə yanğın ocağına getmək məcburiyyətində qalıblar.
Yanğının ümumi sahəsi 2 hektar təşkil edib. İlkin məlumata görə, yanğına səbəb fişəng olub.






























