
Az.shafaqna.com NHK-a istinadən xəbər verir ki, Ginnesin rekordlar kitabına dünyanın ən yaşlı insanı kimi düşmüş Kane Tanaka Yaponiyada uzunömürlülüklə bağlı yeni rekorda imza atıb.
Belə ki, bu gün – 19 sentyabr onun ömürünün 117 il 261-ci günüdür.
Kane Tanaka 1903-cü il 2 yanvar tarixində dünyaya göz açıb. O, 120 il ömür sürmək istəyir.
Əvvəlki ümumyapon rekordu – 117 il 260 gün Nabi Tadzimeyə aid idi. Tadzime 2018-ci ildə dünyasını dəyişib.






























