Az.shafaqna.com “Tolo News”-ə istinadən xəbər verir ki, Əfqanıstanın Herat əyalətində yol kənarına quraşdırılmış minanın partlaması nəticəsində 3 polis əməkdaşı həlak olub, daha 3-ü isə yaralanıb.

Bu haqda Kohsan dairəsinin qubernatoru Əminullah Həftbala məlumat verib.

Onun sözlərinə görə, insident bu gün səhər saatlarında baş verib. Partlayış Herat şəhərindən İslam-Qala yaşayış məntəqəsinə aparan yolda baş verib.