© CC BY 2.0 / Alex E. Proimos

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Harvard universitetində gülməli İqnobel mükafatının təqdimatı mərasimi baş tutub.

İqnobel mükafatı və ya Anti-nobel mükafatı – nüfuzlu beynəlxalq mükafat olan Nobel mükafatına parodiyadır. Mükafat hər il əsl Nobel mükafatının laureatları elan edilməmişdən əvvəl elan edilir. Mükafat güldürən, sonra isə düşünməyə məcur edən nailiyyətlərə görə verilir.

Premiyanın tibbi təhsil sahəsində bu ilki laureatları ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko olublar.

Həmçinin Braziliya, Böyük Britaniya, Türkiyə, Türkmənistan və Meksika liderlərinə də bu mükafat verilib.

“(Bu mükafat onlara) dünyaya siyasətçilərin həyat və ölümə alim və həkimlərdən daha yaxşı təsir edə bildiklərini öyrətmələri üçün verilib”, – deyə mükafatın təsisatçısı Mark Abrahams bildirib.

2020-ci ildə laureatlar üçün yazı kağızından düzəldilmiş kubok və hiperinflyasiyaya görə dövrüyyədən çıxarılmış 10 trilyon Zimbabve dolları əskinasının surəti hədiyyə edilib.