Pixabay

Az.shafaqna.com “Reuters”-ə istinadən xəbər verir ki, ABŞ-da 20 sentyabrda Çinin “TikTok” və “WeChat” sosial şəbəkələrini yükləmək mümkün olmayacaq.

Bu barədə ABŞ-ın Ticarət Nazirliyi məlumat verib.

Nazirlik bu gün ABŞ vətəndaşlarına adıçəkilən Çin proqramlarının yüklənməsini qadağan edən sərəncam imzalayacaq.

ABŞ prezidenti Donald Tramp 20 sentyabr axşam qadağa qüvvəyə minənədək onu ləğv edə bilər.