
Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı məhkəmə iclası keçirilib.
Az.shafaqna.com xəbər verir ki, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
Vəkil Aqil Layic bildirib ki, məhkəmə Tofiq Yaqublu barəsində olan həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə qərar qəbul edib.
Müsavat Partiyasının fəalı Tofiq Yaqublu xəstəxanadan evə buraxılıb.
Məhkəmənin növbəti iclası sentyabrın 28-ə təyin olunub.

























